""OBA" Marketlər Şəbəkəsi yenə də öz ampluasındadir, yalançı kampaniyalarını davam etdirir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mübariz Mirzəyev adlı istifadəçi giley edir.
` Daha sonra narazı müştəri yazır:
"5-18 avqust tarixlərində elan olunan kampaniya çərçivəsində Nescafe Gold Kofe (95 qram) məhsulu endirimlə 5,99 manat qiymətinə olmalı idi, lakin ilk gündən indiyə qədər həmin məhsulu həmin qiymətə satışda görən olmayıb.
Özlərindən soruşulsa, deyəcəklər ki, məhsul məhdud sayda idi və qurtarıb. Bu məhsul isə ümumiyyətlə, heç bir "OBA" marketdə həmin qiymətə satışda olmayıb".
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...